reklam
Yığmamız Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Yığmamız Avropa çempionu oldu


Sərbəst güləş üzrə Azərbaycan milli komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub. 

Sportfm.az xəbər verir ki, Xetaq Qazyumovun baş məşqçi olduğu yığma yarışı 150 xalla birinci yerdə başa vurub. Qitə çempionatında 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanılıb. Bu, Azərbaycan millisinin ardıcıl 2-ci, ümumilikdə isə 4-cü Avropa çempionluğu olub.

Gürcüstan 137 xalla ikinci, Türkiyə 115 xalla üçüncü yeri tutub.   
Azərbaycan medal əyarında da bütün ölkələri qabaqlayıb və bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, yığma üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Rafiq Hüseynov mübarizəyə başlayır - Avropa çempionatı
Azərbaycan millisi Vətənə qayıtdı
Qadın güləşçilər mübarizəyə başlayır - Avropa çempionatı
Hacı Əliyev dördqat Avropa çempionu oldu - YENİLƏNİB
Milli komandamız Avropada 3-cüdür - Uğur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər