reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin "Sumqayıt"la 46-cı dueli -Misli Premyer Liqası


"Qəbələ" Misli Premyer Liqasında 33-cü turunun son oyununda sabah “Sumqayıt”la üz-üzə gələcək. 

Sportfm.az xəbər verir ki, “Gənclik şəhəri”ndə keçiriləcək qarşılaşma iki rəqib arasında 46-cı duel olacaq. Komandalar indiyədək 45 dəfə qarşılaşıb. “Qırmızı-qaralar” bu matçlarda böyük üstünlüyə malikdir. Hesabında 26 qələbə olan “Qəbələ” 14 bərabərlik edib və 5 dəfə məğlub olub. Rəqib qapısından 70 top keçirən komanda 32 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub. Son 8 görüşdə meydandan qolsuz ayrılmayan komanda 9 oyundur rəqibinə uduzmur. 

 

Premyer Liqa çərçivəsində baş tutan 42 görüşdə 24 dəfə üç xal qazanan “Qəbələ” 13 sülhə imza atıb. 5 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 67-31-dir.

Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 21 oyunda 9 dəfə qalib gəlib. 8 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 28 top vuran futbolçular 18 top buraxıblar.

Xatırladaq ki, aprelin 23-də “Kapital Bank Arena” keçiriləcək “Sumqayıt” – “Qəbələ” görüşü saat 18:00-da başlayacaq. 

Oxşar xəbərlər

"Sumqayıt"la "Qəbələ"nin 44-cü dueli
“Neftçi” ilə “Qəbələ”nin 62-ci dueli
“Sumqayıt”la “Qəbələ”nin 41-ci dueli - Azərbaycan Premyer Liqası
"Qəbələ" - "Neftçi" - 56-cı duel
31-ci dueldən kim qalib ayrılacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər