Yığmamızın dünya çempionatı üçün heyəti -SİYAHI
Mayın 1-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək kişi boksçular arasında dünya çempionatına qatılacaq Azərbaycan millisinin heyəti bəlli olub.
Sportfm.az xəbər verir ki, yığma 14 gün davam edəcək yarışda tam heyətlə mübarizə aparacaq.
Məşqçilər korpusu turnirdə Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominges (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.
Aprelin 28-də Daşkəndə yollanacaq komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Milli mayın 15-də Bakıya qayıdacaq.
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın püşkü aprelin 30-da atılacaq. Mundialda 100-dən çox ölkədən 700-ədək boksçusunun iştirakı gözlənilir. Dünya çempionu tituluna yiyələnəcək boksçular 200 min dollar gəlir əldə edəcək. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılacaq.
Oxşar xəbərlər
Döyüşü ud, 200 min dollar qazan
Yığmamız DÇ-yə hazırlığı Sofiyada davam etdirəcək
Azərbaycan millisinin heyəti açıqlandı - Beynəlxalq turnir
Boks millimiz Qazaxıstana yollandı - Beynəlxalq turnir
Millimizin heyəti açıqlandı - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası