reklam
Danışılmış oyunlara görə futboldan ömürlük kənarlaşdırıldılar -
Sportfm.az xəbər saytı

Danışılmış oyunlara görə futboldan ömürlük kənarlaşdırıldılar -Qərar


Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedov Rusiyada futboldan ömürlük kənarlaşdırılıblar.

Sportfm.az yerli mətbuata istinadən xəbər verir ki, buna sözügedən futbolçuların danışılmış oyunların təşkilində iştirakı səbəb olub.

İddiaya görə, hazırda "Yesentuki" komandasında çıxış edən qapıçı Məmmədov və klubun sabiq rəhbəri Maqomedov bir neçə şəxslə əlbir olaraq, II Liqada keçirilmiş "Salyut” (Belqorod) - "SKA-Xabarovsk-2" görüşünün nəticəsini manipulyasiya ediblər.

Ötən il oktyabrın 20-də oynanılmış qarşılaşma Belqorod təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Danışılmış oyunda əli olan şəxslərlə bağlı cinayət işi açılacaq.

Qeyd edək ki, Ziyadxan Məmmədov 2013-2015-ci illərdə Azərbaycanın U-17 və U-19 yığmalarında, Qvanzav Maqomedov isə U-21 millisində çıxış edib. 28 yaşlı qolkiper müxtəlif vaxtlarda "Neftçi", "Zirə" və "Zaqatala"nın da formasını geyinib. 29 yaşlı veteran müdafiəçi isə "Şahdağ", "Zirə", AZAL, "Bakı", "Səbail", "Sabah" və "Sumqayıt"ın şərəfini qoruyub.

Oxşar xəbərlər

34 nəfər danışılmış oyunlara görə saxlanıldı
"Sumqayıt" yeni transferini rəsmən açıqladı
“Sumqayıt” daha bir transfer etdi
“Sumqayıt” daha bir futbolçu ilə müqavilə bağladı
Bakı klubunun sabiq üzvü futboldan ömürlük kənarlaşdırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər