Ölkə çempionatının ilk qalibləri müəyyənləşdi -SİYAHI
Bu gün Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.
İlk olaraq qadınlar 3 çəki dərəcəsində qalibləri müəyyən ediblər. Samirə Rzayeva toplam 86 kq (38+48) nəticə ilə 45 kq çəki dərəcəsində, Ravilya Abbasova toplam 78 kq (32+45) nəticə ilə 49 kq çəki dərəcəsində, Selcan Qarayeva isə toplam 138 kq (60+78) nəticə ilə 55 kq çəki dərəcsində rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Oxşar xəbərlər
Azərbaycan çempionatında 100-dən çox atlet qüvvəsini sınadı - Nəticələr
Günel rekordları yenilədi - Azərbaycan çempionatı
Azərbaycan Kubokunda Samirə Rzayeva qalib gəldi
İsa Rüstəmov Azərbaycan çempionu oldu UĞUR
Tehran Məmmədov Azərbaycan çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası