Haaland 92 ildən sonra bunu bacardı
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland daha bir rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, norveçli hücumçu buna İngiltərə çempionatının 32-ci turunun "Fulhem"lə səfər matçında nail olub. Komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşün 3-cü dəqiqəsində penaltidən fərqənən Haaland mövsümdəki qolların sayını 50-yə çatdırıb. O, İngiltərədə son 92 ildə bir mövsümdə bu göstəriciyə imza atan ilk futbolçu olub.
22 yaşlı hücumçu Premyer Liqada 34, Çempionlar Liqasında 12, İngiltərə Kubokunda 3 və Liqa Kubokunda 1 qol vurub.
İndi qəyədər belə bir nəticəyə cəmi üç futbolçu nail olub. Diksi Din (1927/1928 mövsümündə 63 qol), Vik Votson (1929/1930 mövsümündə 50 qol) və Tom Vorinq (1930/1931 mövsümündə 50 qol) bir mövsümdə 50 qol həddinə çatıb.
Oxşar xəbərlər
Haaland mövsümün oyunçusu oldu
Mbappe yeni rekorda imza atdı
Böyük derbidə 9 qol - İngiltərə Premyer Liqası
Levandovski yeni rekorda imza atdı - La Liga
Haaland "Siti"də qol vurdu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası