reklam
7 yaşlı uşaq cüdo zalında necə ölüb? -
Sportfm.az xəbər saytı

7 yaşlı uşaq cüdo zalında necə ölüb? -Aydınlaşdı


Dünən Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib.
Sportfm.az xəbər verir ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçiriyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Mehman Xəlilov 2019-cu ildə Minskdə keçiriln İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib.

Oxşar xəbərlər

Mehman Xəlilov özünü təqsirli bilmir
İdman naziri 7 yaşlı uşağın ölümündən danışdı
7 yaşlı uşağın ölümü Milli Məclisdə müzakirə olundu
Zalda dünyasını dəyişən 7 yaşlı uşaqla bağlı açıqlama - RƏSMİ
Azərbaycanlı dünya çempionuna hökm oxundu - 3 il 6 ay

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər