Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı hakim Yunanıstan çempionatında xəsarət aldı
Azərbaycanlı hakim Akif Əmirəli Yunanıstan çempionatının oyunu zamanı yüngül xəsarət alıb.
Sportfm.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, XXXIII turun PAOK – “Aris” görüşünün 26-cı dəqiqəsində meydan sahiblərinin azarkeşi topu yan xətdən oyuna daxil etmək istəyən qonaqların futbolçusuna şüşə butulka atıb. Lakin butulka laynsman Əmirəlinin başına dəyib. Xoşbəxtlikdən referi ciddi xəsarət almayıb və mübarizə davam etdirilib.
Qeyd edək ki, PAOK-un 3:2 hesablı qələbə qazandığı görüşü FIFA referisi Əliyar Ağayev idarə edib.
Oxşar xəbərlər
Əliyar Ağayev Super Liqa oyununu idarə etdi
7 sarı, 1 qırmızı və penalti - Ağayevin Superliqa dosyesi
Əliyar Ağayev Super Liqa oyununda - Təyinat
Əliyar Ağayev Super Liqa oyununu idarə etdi - VİDEO
Hakimlərimiz "Panatinaikos" - PAOK oyununu idarə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası