Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Almeriya"ya uduzub Sequndaya yollandılar
La Liqanın autsayderi "Elçe" primeradan rəsmən ayrılıb.
Sportfm.az xəbər verir ki, ötən gecə "Almeriya"ya 1:2 hesabı ilə uduzan komanda növbəti mövsüm üçün İspaniyanın elit divizionunda yerini qorumaq şansını itirib.
Hazırda "Elçe"nin 16 xalı, 17-ci pillədə qərarlaşan "Valensiya"nın isə 33 xalı var. Qalan 5 matçda autsayder 15 xaldan çox toplaya bilməyəcək.
Sequndaya yuvarlanan "Elçe" son 3 mövsümdə La Liqada çıxış edib. Ötən mövsümün sonunda bu klub 42 xalla turnir cədvəlini 13-cü pillədə başa vurub. 2020/21 mövsümündə komanda turnir cədvəlində 17-ci yeri tutub və aşağı liqaya düşməkdən son anda xilas olub.
Oxşar xəbərlər
“Gəncə” və “Azərreyl”dən qələbə
"Qalatasaray" turnir cədvəlində 1-ci pilləyə yüksəldi - Türkiyə Super Liqası
Barselona komandası La Liqanı tərk etdi
Sequndaya geri döndülər
La Liqanı tərk edən ikinci klub bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası