Güləş millimiz 2 medal qazandı -Uğur
Çimərlik güləşi üzrə Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutan Dünya Seriyasının birinci mərhələsində 2 medal qazanıb.
Sportfm.az xəbər verir ki, 27 ölkənin mübarizə apardığı yarışda Azərbaycan təmsilçiləri 1 “gümüş” və 1 “bürünc” qazanıblar.
90 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov ardıcıl üç rəqibini məğlub edib və finala yüksəlib. Lakin o, həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal hesabla (2:3) uduzaraq, ikinci yeri tutub.
70 kq-da Ramiz Həsənov yarımfinalda uduzsa da, üçüncü yer uğrunda dueldə rumıniyalı Stefan Komanı sonuncu xal prinsipinə əsasən (2:2) üstələyib və bürünc medala sahib çıxıb.
Azərbaycanın digər güləşçisi Oyan Nəzəriani (+90 kq) isə 1/4 finalda mübarizəni dayandırıb.
Dünya Seriyasının ikinci mərhələsi 10-11 iyun tarixlərində Sinqapurda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan güləşçiləri medal qazandı - Dünya Seriyası
Güləşçilərimizdən Dünya seriyasına uğurlu start
Azərbaycan güləşçisi dünya çempionu oldu
Güləşçilərimiz Fransada 3 medal QAZANDI
Güləşçimiz Dünya Çimərlik Oyunlarında gümüş medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası