reklam
Sportfm.az xəbər saytı

"Beşiktaş" ulduz futbolçusunu Bakıya gətirmir


"Sabah"la xeyriyyə matçında qarşılaşacaq "Beşiktaş" aparıcı futbolçularından birini Bakıya gətirməyəcək.

Sportfm.az xəbər verir ki, söhbət Raşid Qezzaldan gedir. Əlcəzairli vinger zədəsini sağaltsa da, hələ ki, kollektivlə məşqlərə başlamayıb. Baş məşqçi Şenol Güneş 32 yaşlı futbolçunu Azərbaycana gətirməyi planlaşdırmır.

Raşid Qezzal cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 11 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün xərclənəcək.

Oxşar xəbərlər

"Beşiktaş" Bakıda - FOTOLAR
“Sabah” - “Beşiktaş” oyununun hakimləri açıqlandı
"Beşiktaş" "Sabah"la matç üçün xatirə bilətləri satışda
Qezzalın sağlığı gözəl durumda deyil...
Raşid əməliyyat olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər