reklam
Sportfm.az xəbər saytı

"Şamaxı" çempion oldu -Birinci Liqa


Bu gün futzal üzrə Birinci Liqada 2022-2023-cü il mövsümünün final oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, həlledici matçda “Şamaxı” pley-off mərhələsində “Baku Fire-2”ni mübarizədən kənarlaşdıran MUM-la qarşılaşıb.

Matçın fasiləsinə “Şamaxı” üstün yollansa da, ikinci hissənin start fitindən cəmi 21 saniyə sonra tablodakı rəqəmlər eyniləşdi. Amma 26-cı dəqiqədə Seymurun dirəyin dibinə ötürməsini liqanın bombardiri tora qovuşdurmaqla vəziyyəti komandasının xeyrinə dəyişdi. Beləlilə qələbə qazanan “Şamaxı” liqanın qalibi olub.

Futzal, Birinci Liqa
Final

Şamaxı – MUM (1:0) 3:2
Qollar: 
Mirkamil Əliyev, 8:54, Elçin İsmayılov, 25:59, Vüsal İsayev, 26:24 // Seymur Usmanov, 15:21 ö/q, Elvin Əlizadə, 28:49

Oxşar xəbərlər

"Şamaxı" sonuncu oldu - Misli Premyer Liqası
"Kəpəz" 0-1 "Şamaxı" - VİDEO
“Şamaxı” “Qarabağ”a məğlub oldu – VİDEO
"Şamaxı"nın kapitanı 9-cu oldu
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər