“Roma” və “Sevilya” finalda üz-üzə gələcək -Avropa Liqası
Bu gün Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
“Roma” doğma meydanda məğlub etdiyi “Bayer”lə bu dəfə səfərdə üz-üzə gəlib. Cavab qarşılaşması qolsuz yekunlaşdığından “canavarlar” finala yüksəliblər.
İtaliyanın digər təmsilçisi “Yuventus” da İspaniyanın “Sevilya” komandasının qonağı olub. Bu komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Cavab görüşünün də əsas vaxtı eyni hesabla yekunlaşıb. Lakin əlavə vaxtda daha bir qol vuran “Sevilya” ikinci finalçı olub.
Final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
18 may
Bayer (Almaniya) – Roma (İtaliya) 0:0
İlk oyun – 0:1
Sevilya (İspaniya) – Yuventus (İtaliya) 2:1
Qol: Suso, 71. Lamela, 95 – Vlahoviç, 65.
İlk oyun – 1:1
Oxşar xəbərlər
Bu gün qalib müəyyənləşəcək - Avropa Liqası
“Roma” “Bayer”lə, “Yuventus” “Sevilya” ilə üz-üzə - Avroliqa
İngilislər qələbəni əldən verdi, “Yuventus” qalib gəldi - Avropa Liqası
“Fənərbaxça”nın “Sevilya” sınağı - Avropa Liqası
“Fənərbaxça” üçün ikinci "Sevilya" sınağı - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası