DÇ-2026-nın rəsmi şüarı -“Biz 26-yıq"
FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının rəsmi şüarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yayılıb. Şüarın adı "Biz 26-yıq" olub. FİFA prezidenti Canni İnfantino deyib:
“Biz 26-yıq. Bu, döyüş hayqırışıdır. Üç ölkə və bütün qitələr bəyan edir ki, "biz birlikdə bütün dünyanı yarışa dəvət edirik. Tarixin ən böyük, ən yaxşı və ən əhatəli Dünya Kubokunu keçirməyə hazırıq”. DÇ-2026 hər bir ev sahibi olan ölkəyə və hər bir iştirakçıya dünya çempionatlarının tarixinə öz səhifəsini yazmağa imkan verəcək. Bu unikal brend 2026-cı ilə doğru böyük addımdır".
Xatırladaq ki, DÇ-2026-ya ilk dəfə olaraq üç ölkə (ABŞ, Meksika və Kanada) ev sahibliyi edəcək. Yarış 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Bundan başqa turnirinə ilk dəfə olaraq 48 komanda qatılacaq. Daha əvvəl DÇ-lərin final mərhələlərində 32 komanda oynayıb.
Oxşar xəbərlər
DÇ-2026-nın loqosu təqdim edildi - FOTO
DÇ-2026-nın loqosu təqdim olundu - FOTO
DÇ-2026-ya ev sahibliyi edəcək şəhərlər bilindi - SİYAHI
Bu ölkə DÇ-2026-ya ev sahibliyi etmək istəyir
Mundial üç ölkədə keçirilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı - Premyer Liqa
-
"İmişli" minimal hesabla qalib gəldi - Premyer Liqa
-
“Sabah” – “Borussiya” matçını ispaniyalı hakimlər idarə edəcək
-
Azərbaycan 2-ci liqasında 8-ci tur başladı
-
İdmançılarımız dünya çempionatını 5 medalla başa vurdu
-
Region Liqasının püşkü atıldı















Misli Premyer Liqası