"Qarabağ"ın daha 4 potensial rəqibi bilindi
“Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsi üçün daha 4 potensial rəqibinin adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, bunlar "Linkoln” (Cəbəllütariq), “Aris” (Limassol, Kipr), “Farul” (Rumıniya) və “Ballkani”dir (Kosovo).
Daha əvvəl isə 9 mümkün rəqib məlum olmuşdu: “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Haken” (İsveç), “Valmiyera” (Latviya), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).
İndi yalnız 2 potensial rəqib müəyyənləşməyib: Albaniya çempionu və ilkin mərhələnin qalibi.
Azərbaycan və Ermənistan çempionlarının üz-üzə gəlməsi mümkün olmadığından. Ermənistan çempionu potensal rəqib hesab edilmir.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Ağdam təmsilçisi səpələnmişlər səbətində yer alacaq. yunlar isə 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
“Qarabağ”ın bütün potensial rəqibləri məlum oldu - Çempionlar Liqası
"Qarabağ"ın 9 potensial rəqibi məlum oldu - Çempionlar Liqası
"Qarabağ" bu komandalarla düşə bilər - SİYAHI
"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşdi
"Qarabağ"ın potensial rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası