reklam
Şahmatçılarımız 5 medal qazandı -
Sportfm.az xəbər saytı

Şahmatçılarımız 5 medal qazandı -Avropa çempionatı


Albaniyada keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatında Azərbaycan komandası 5 medal qazanıb.

Sportfm.az xəbər verir ki, məktəbli şahmatçılar 2 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələniblər.

17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Aqil İsrailov və 9 yaşadək oğlanların yarışında mübarizə aparan Yasin Əzimov qızıl medala sahib çıxıblar. 13 yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli oğlanların yarışında gümüş medal əldə edib. 15 yaşadək qızlar kateqoriyasında isə Nurtən Nuriyeva bürünc medal qazanıb.

25 ölkədən 208 şahmatçının iştirak etdiyi qitə birinciliyində Azərbaycan yığması medal sıralamasında 3-cü yeri tutub.

Oxşar xəbərlər

Dünya çempionatında gümüş medal
Şahmatçılarımız Avropa çempionatında medal qazandı
13 yaşlı Nərmindən qızıl medal - Uğur
Gənc şahmatçılarımızdan böyük uğur - Avropa çempionu oldular
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər