reklam
Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın -
Sportfm.az xəbər saytı

Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın -Elmira Aslanova


Azərbaycanlı alpinist Elmira Aslanova Everest zirvəsinə qalxıb.

Sportfm.az xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.

Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım kimi tarixə düşən E. Aslanova çox xoşbəxt olduğunu və özü ilə fəxr etdiyini bildirib:

“Everest – xəyallar gerçəkləşməlidir! Uzun müddətdir ardınca getdiyim, onu ağılasığmaz və real olmayacağını hesab edərək dəfələrlə rədd etdiyim xəyalım.

Hər dəqiqə bunun həqiqət olduğunu daha çox dərk edirəm, baxmayaraq ki, bütün bunları yaşadığma hələ də inana bilmirəm. Everest çox möhtəşəmdir!”

Qeyd edək ki, Everest yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağdır. Onun hündürlüyü 8 848 metrdir.  

 


 

Oxşar xəbərlər

Qızıl medal qazanan ilk azərbaycanlı qadın Bakıya gəldi
Azərbaycanlı alpinist yeni fəthə hazırlaşır
Gözləmək iki nəfərin ölümünə səbəb oldu - FOTO
"Bir klubdan daha böyük olduğunu dərk etdim" - danışır kapitan
Media Komitəsinin mini-futbol turnirinin qalibi bəlli oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər