reklam
Boksçumuz beynəlxalq turnirdə yarımfinalda
Sportfm.az xəbər saytı

Boksçumuz beynəlxalq turnirdə yarımfinalda


Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb.

Sportfm.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib.

O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Oxşar xəbərlər

Boksçularımız beynəlxalq turnirdə mərhələ adladı
Boksçumuz beynəlxalq turniri “bürünc”lə başa vurdu
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı
Azərbaycan boksçuları yarımfinalda - Beynəlxalq turnir
2 boksçumuz medalı təmin etdi - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər