reklam
Rusiya millisi Bakıda -
Sportfm.az xəbər saytı

Rusiya millisi Bakıda -Dünya çempionatı


Dünən Rusiyanın milli komandası taekvando üzrə dünya çempionatında iştirak etmək üçün Bakıya gəlib.

Sportfm.az xəbər verir ki, bu barədə Rusiya Taekvando İttifaqı məlumat yayıb. Heyətə 16 idmançı daxildir. Beynəlxalq Taekvando Federasiyasının (BTF) qərarına əsasən, Rusiya, eləcə də Belarus millisi yarışda neytral statusda iştirak edəcək. Onların nəticələri komanda hesabına yazılmayacaq. Rusiya Bakıya 16 idmançı ilə yollanıb. Ümumən neytral statusda yarışacaq taekvandoçu sayı isə 23 nəfərdir.

Qeyd edək ki, bu həftə BTF rusiyalı olimpiya çempionları - Maksim Xramtsov və Vladislav Larinin dünya çempionatına buraxılmaması barədə qərar verib. Buna onların Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar sosial mediada etdiyi paylaşımlar səbəb olub. Onlar yarışdan kənarda qalsalar da, komandaları ilə birgə Bakıya yola düşüblər.

 

Oxşar xəbərlər

Millinin idmançıları neytral statusda çıxış edəcəklər
Rusiya və Belarus idmançıları paralimpiada qadağası
Bu ölkələr Rusiya ilə oyunları boykot etdi
Olimpiya çempionları Bakıdakı DÇ-yə buraxılmayacaq
Belarus və Rusiya yığmalarını yarışlardan kənarlaşdırıldı - FIDE

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər