Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqadan Messiyə təklif
PSJ-nin hücumçusu Lionel Messiyə İngiltərə Premyer Liqasından təklif gəlib.
Sportfm.az xəbər verir ki, argentinalı forvardın bir neçə təklifi var, onlardan bəziləri son günlərdə alınıb.
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan başqa, futbolçunun “İnter Mayami”yə keçmək variantı da var.
Həmçinin, 35 yaşlı futbolçu avrokuboklarda iştirak edən Premyer Liqa klubu ilə də müqavilə imzalaya bilər.
Daha əvvəl bildirilmişdi ki, Messi keçmiş klubu “Barselona”nın ona sərfəli təklif edəcəyini gözləyir.
O, 2022/23 mövsümündə 40 oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə edib. Futbolçunun PSJ ilə hazırkı müqaviləsi gələn ay başa çatır.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistan klubundan Messiyə fantastik təklif - 500 milyon
Ərəblərdən Messiyə fantastik təklif
Messi karyerasını harda davam etdirəcəyinə qərar verdi
Messiyə yeni təklif - "Mançester Siti"dən
MLS klubundan Messiyə təklif gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası