reklam
Türk taekvondoçu dünya çempionu oldu -
Sportfm.az xəbər saytı

Türk taekvondoçu dünya çempionu oldu -Bakıda


Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.

Sportfm.az xəbər verir ki, döyüşlərin yekununa əsasən daha 3 çəki dərəcəsində mükafatçılar bəlli olub.

 

Kişilər arasında 80 kq-da italiyalı Simone Alessio qızıl medal qazanıb. O, finalda ABŞ təmsilçisi Karl Alan Nikolasa qalib gəlib. Misirli Seif Eyissa və kolumbiyalı Migel Treyos 3-cü yeri tutublar.

87 kq-da mundialın ən güclüsü cənubi koreyalı Çanqhyun Kanq olub. Gümüş medala xorvatiyalı İvan Sapina, bürünc mükafatlara isə Artyom Plonis (Dünya Taekvondosu) və iranlı Arian Salimi sahib çıxıb.

Qadın taekvondoçulardan 49 kq-da fəxri kürsünün ən yüksək pilləsinə türkiyəli Merve Dincel qalxıb. O, finalda tailandlı Panipak Vongpattanakitini məğlub edib. 3-cü yeri xorvatiyalı Bruna Duvançiçi və ispaniyalı Adriana Serezo İqlesias tutublar.

Qeyd edək ki, bu çəki dərəcələrində Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar.

Yarışın dördüncü günündə daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Oxşar xəbərlər

Bu günün qalibləri bəlli oldu - Dünya çempionatı
Daha üç taekvondoçumuz medalsız qaldı - Dünya çempionatı
Olimpiya mükafatçımız ölkə çempionu oldu - FOTO
Türkiyəli qız Bakıda qızıl medal qazandı - FOTO
Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər