reklam
Yığmamız ilk matçını səfərdə keçirəcək -
Sportfm.az xəbər saytı

Yığmamız ilk matçını səfərdə keçirəcək -DÇ-2024


DÇ-2024-ün elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək futzal üzrə Azərbaycan millisi ilk matçını səfərdə keçirəcək.

Sportfm.az xəbər verir ki, UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb.

Sentyabrda rəqib meydanında bu mərhələyə start verəcək komanda daha sonra Bakıda görüşə çıxacaq.

Yığma oktyabrda əvvəlcə doğma məkanda, sonra səfərdə gücünü göstərəcək. Dekabrda da yenə ilk matçı Bakıda oynayacaq milli mərhələnin son sınağını rəqib meydanında verəcək.

Qeyd edək ki, 6 dəfə Avropa çempionatının final mərhələsində iştirak etmiş Azərbaycan millisi artıq bir dəfə də dünya çempionatının final mərhələsində gücünü göstərib.

2016-cı ildə Kolumbiyada təşkil olunan mundialda uğurla çıxış edən yığmamız mübarizəni 1/4 finalda dayandırsa da, yekunda ən güclü 5-ci komanda olmağı bacarmışdı.

Oxşar xəbərlər

Yığmamız İsveçrəyə böyük hesabla məğlub oldu
Azərbaycan milliləri Gürcüstan və Danimarkaya qarşı
Əsasən braziliyalılardan təşkil edilən yığmamız yeni sınaq ərəfəsində
Yığmamızın rəqibləri məlum oldu - Avropa çempionatı
Futzal yığmamız kimlərlə oynayacaq? - DÇ-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər