reklam
Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılarımız final mərhələsindən uzaq qaldı
Sportfm.az xəbər saytı

Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılarımız final mərhələsindən uzaq qaldı


Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla fərdi çıxışlarda təsnifat mərhələsi başa çatıb.

Sportfm.az xəbər verir ki, halqa ilə hərəkətlərdə finala Rusiya təmsilçiləri Aleksandra Soldatova və Arina Averina, israilli Nikol Zelikman və Viktoriya Filanovski, ABŞ gimnastları Evita Qriskenas və Kamilla Fili, belaruslu Alina Harnasko və Bolqarıstan nümayəndəsi Neviana Vladinova çıxıb.

Topla hərəkətlərdə finala rusiyalı Aleksandra Soldatova və Arina Averina, belaruslu Alina Harnasko, Bolqarıstan nümayəndəsi Neviana Vladinova, rumıniyalı gimnast Ana Luiza Florianu, israilli Viktoriya Filanovski, gürcüstanlı Natella Bolatayeva və fransalı Kseniya Mustafayeva çıxıb.

Azərbaycanlı gimnastlar arasında ən yaxşı nəticəni Jalə Piriyeva göstərərək 14-cü yer tutub.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, Zöhrə Ağamirova, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil ediblər.

Oxşar xəbərlər

İsrail gimnastı Bakıda Dünya Kubokunda birinci oldu
Çingiz Abdullayev:"Mən həmişə demişəm ki, futbol..."
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
Marina Durunda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak etməyəcək
İkiqat dünya çempionu Bakıya gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər