reklam
Millətlər Liqasında ilk finalçı məlum oldu
Sportfm.az xəbər saytı

Millətlər Liqasında ilk finalçı məlum oldu


Bu gün Millətlər Liqasında "Dördlər finalı"nın ilk yarımfinal oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, Niderland Xorvatiya ilə üz-üzə gəlib. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Buna görə də matçda əlavə vaxt oynanılıb. Xorvatiya millisi əlavə vaxtda daha iki dəfə fərqlənib və 4:2 hesablı qələbə qazanaraq finala yüksəlib.
Yarımfinalın digər matçı iyunun 15-də İspaniya və İtaliya arasında olacaq.
Qeyd edək ki, final iyunun 18-də keçiriləcək.

Millətlər Liqası, "Dördlər finalı"
Yarımfinal
14 iyun

22:45. Niderland - Xorvatiya - 2:4
Qollar: Doniell Malen, 34. Noa Lanq, 90+6 - Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, "Feyenoord Stadionu"
15 iyun
22:45. İspaniya - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"De Qrolş Stadionu"

Oxşar xəbərlər

Millətlər Liqasında "Dördlər finalı" başlayır
2-ci finalçı İspaniya oldu - Millətlər Liqası
İspaniya millisi Millətlər Liqasının qalibi oldu
Millətlər Liqasının qalibi məlum olacaq
“Dördlər finalı”nın püşkü atıldı - Millətlər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər