Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız ikinci gündə medal qazana bilmədi -Böyük Dəbilqə
Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə medal qazana bilməyiblər.
Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə qoşulan 4 kişi cüdoçu uğursuz nəticə ilə yadda qalıb.
81 kq çəki dərəcəsində Zelim Tçkayev 1/4 finala qədər irəliləsə də, əvvəlcə bu mərhələdə tacikistanlı Somon Mahmadbekova, daha sonra isə təsəlliverici görüşdə almaniyalı Dominik Resselə məğlub olub. Həmin çəkidəki digər idmançı Məhərrəm İmamverdiyev 1/16 finalda çıxdığı ilk dueldə uduzub.
73 kq çəkidə Azərbaycanı təmsil edən Telman Vəliyev və Rəşid Məmmədəliyev cəmi bir mərhələ adlaya biliblər və 1/8 finalda turnirlə vidalaşıblar.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycanın 8 cüdoçusu çıxış edib, yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb. Turnirə iyunun 18-də yekun vurulacaq.

Oxşar xəbərlər
Daha 4 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçularımızdan daha 3 medal - Böyük Dəbilqə
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə
Məmmədəliyev “bürünc” uğrunda yarışacaq - Böyük Dəbilqə
Cüdoçularımız bürünc medal mübarizə aparacaq - Böyük Dəbilqə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası