reklam
Braziliya millisinin oyunçusu “Barselona”da
Sportfm.az xəbər saytı

Braziliya millisinin oyunçusu “Barselona”da


Braziliya millisinin futbolçusu Vitor Roke İspaniyanın “Barselona” klubuna keçib.
Sportfm.az xəbər verir ki, ölkəsində “Atletiko Paranaense”nin formasını geyinən 18 yaşlı hücumçu kataloniyalılarla 5 illik müqavilə imzalayıb.

Bu transfer “Atletiko Paranaense”yə 35 milyon avro qazandırıb. “Barselona” qarşı tərəfə daha 10 milyon avro bonus ödəyəcək. İspanlar bir neçə oyunçusunu satdıqdan sonra Rokeni qeydiyyatdan keçirə biləcək.

Qeyd edək ki, Vitor Roke bu ilin martında Mərakeşlə (1:2) yoldaşlıq görüşündə Braziliya yığmasının heyətində debüt edib.

Oxşar xəbərlər

Roke kataloniyalıların yeni ulduzu - FOTO
"Barselona" braziliyalı transfer etdi
Bambunu 8 milyon avroya transfer etdilər
Arda Güler ilk onluqda - Ən bahalı futbolçular
Bu yayın ən bahalı transferləri - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər