reklam
Emreli mövsümün ən zəifi oldu
Sportfm.az xəbər saytı

Emreli mövsümün ən zəifi oldu


Mahir Emreli “Konyaspor”da 2022/2023 mövsümünün ən zəif futbolçusu seçilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusunun çıxışı 6,46 reytinq xalı ilə qiymətləndirilib ki, bu da Türkiyə təmsilçisində ən aşağı göstəricidir.

Reytinqə braziliyalı sol cinah müdafiəçisi Gilyerme başçılıq edib. 33 yaşlı oyunçu 7,24 xalla “Konyaspor”da mövsümün ən yaxşısı seçilib.

Mahir Emreli icarə əsasında formasını geyindiyi “Konyaspor”un heyətində 12 oyunda 2 qol vurub. 25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdıb.

Oxşar xəbərlər

Mahir Emreli ən zəif oyunçu seçildi
Mahir Emreli klubsuz qala bilər
Mahir "Konyaspor"da ilk məşqinə çıxdı
Emreli “Konyaspor”da debüt etdi
Mahir Emreli Almaniya klubunda - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər