reklam
Qran-pridə iştirak edəcək Azərbaycan cüdoçuları -
Sportfm.az xəbər saytı

Qran-pridə iştirak edəcək Azərbaycan cüdoçuları -SİYAHI


Xorvatiyanın paytaxtı Zaqrebdəki qran-pridə iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub.
Sportfm.az xəbər verir ki, ilkin siyahıda 12 idmançının adı göstərilib.
Kişilərdən Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Murad Fətiyev və Aslan Mirzəyev (hər ikisi 90 kq) tatamiyə çıxacaq.

Qadınlardan isə Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (57 kq) və Südabə Ağayeva (70 kq) qüvvəsini sınayacaq.

Zaqreb qran-prisi 18-20 avqustda təşkil olunacaq. Daha əvvəl Masters turnirinə qatılacaq Azərbaycan cüdoçuları məlum olmuşdu.

Oxşar xəbərlər

Cüdo millimizin “Qran-pri” üçün heyəti - SİYAHI
Masters turnirinə gedəcək Azərbaycan cüdoçuları - SİYAHI
Millimizin Qran-pri üçün heyəti açıqlandı
14 cüdoçumuz Qran-pridə
Kəramət Hüseynov yeni çəkidə yarışacaq - Qran-Pri turniri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər