reklam
“Neftçi” bu gün “Spartak”a qarşı -
Sportfm.az xəbər saytı

“Neftçi” bu gün “Spartak”a qarşı -TOPLANIŞ


“Neftçi”nin Rusiya toplanışı başa çatmaq üzrədir.
Sportfm.az xəbər verir ki, paytaxt klubu bu gün Moskvada yoxlama oyunu keçirəcək.

“Ağ-qaralar” yerli “Spartak”la üz-üzə gələcəklər. “Otkrıtiye Bank Arena”da təşkil olunacaq oyuna saat 21:00-da start veriləcək.

Komanda sabah – iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Oxşar xəbərlər

"Neftçi" yenə uduzdu
Mutu “Neftçi”ni ilk məşqinə çıxardı - FOTO
Emin Mahmudov "Neftçi" ilə toplanışa yollanmadı
“Neftçi”, “Sabah” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi - Konfrans Liqası
“Neftçi”nin yeni mövsümə hazırlıq planı bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər