reklam
“Sumqayıt” AKB-yə üzv seçildi
Sportfm.az xəbər saytı

“Sumqayıt” AKB-yə üzv seçildi


“Sumqayıt” Futbol Klubu Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.
Sportfm.az xəbər verir ki, bu barədə ECA-dan kluba rəsmi müraciət daxil olub.

Bildirilib ki, klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyünə qəbul olunub.

Həmçinin qeyd olunub ki, “Sumqayıt” FK qurumun sentyabrda baş tutacaq Baş Assambleyasına dəvət olunacaq.

Məlumat üçün bildirək ki, Assosiativ üzvlərin ECA-nın Baş Assambleyasında iştirak etmək də daxil olmaqla, çox geniş hüquqları var. Onlar müxtəlif bölmələrə rəhbərlik üçün namizədlər irəli sürmək, səsvermələrdə iştirak etmək, həmçinin ECA-nın müxtəlif məşvərət orqanlarına (məsələn, İşçi qruplar) müraciət etmək hüququna malikdirlər.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyətə başlamış ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Birliyin hazırda 330 üzvü vardır ki, bu klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.

Azərbaycan klublarından “Neftçi”, “Qarabağ” və “Qəbələ” hazırda qurumun üzvləridir.

Oxşar xəbərlər

AFFA 6 kluba lisenziya verdi - Avrokuboklar üçün
"Qəbələ" rəsmisi beynəlxalq qurumda təyinat aldı
“Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçildi
"Qəbələ" Avropa Klublar Assosiasiyasına üzv seçilib
"Turan Tovuz" və "Zaqatala" Premyer Liqada olmayacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər