reklam
1-ci təsnifat mərhələsinə yekun vuruldu -
Sportfm.az xəbər saytı

1-ci təsnifat mərhələsinə yekun vuruldu -Çempionlar Liqası


Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, bu gün daha 7 cavab görüşü baş tutub.

Azərbaycan çempionu “Qarabağ” səfərdə məğlub etdiyi Cəbəllüttariq “Linkoln”una doğma meydanda daha böyük hesabla qalib gəlib.

Tiflis “Dinamo”su isə Qazaxıstan “Astana”sına uduzaraq mübarizəni dayandırıb. “Qarabağ” və “Astana”dan başqa, Lyublyana “Olimpiya”sı, “Klaksvik”, Bratislava “Slovan”ı, “Ludoqorets” və HJK da növbəti mərhələyə yüksəlib.

İlk oyun günündə “Rakuv” (Polşa), “Jalgiris” (Litva), “Makkabi” (Hayfa, İsrail), “Şerif” (Moldova), BATE (Belarus), “Haken” (İsveç), “Zrinski” (Bosniya və Herseqovina) və “Breydablik” (İslandiya) ÇL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanmışdı.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
19 iyul

“Valmiera” (Latviya) – “Olimpiya” (Sloveniya) 1:2
İlk oyun – 1:2

“Dinamo” (Tiflis, Gürcüstan) – “Astana” (Qazaxıstan) 1:2
İlk oyun – 1:1

“Ferentsvaroş” (Macarıstan) – “Klaksvik” (Farer adaları) 0:3
İlk oyun – 0:0

“Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllüttariq) 4:0
İlk oyun – 2:1

“Svift” (Lüksemburq) – “Slovan” (Slovakiya) 0:2
İlk oyun – 1:1

“Ludoqorets” (Bolqarıstan) – “Ballkani” (Kosovo) 4:0
İlk oyun – 0:2

“Larne” (Şimali İrlandiya) – HJK (Finlandiya) 2:2
İlk oyun – 0:1

Oxşar xəbərlər

Emrelinin komandası “Astana”ya qarşı - Çempionlar Liqası
“Qalatasaray”ın potensial rəqibləri - Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
Bu gün “Qarabağ”ın rəqibi məlum olacaq - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər