reklam
İsraillidən Azərbaycan klubuna tərif -
Sportfm.az xəbər saytı

İsraillidən Azərbaycan klubuna tərif -Yaxşı komandamız var


"Sumqayıt"ın yeni transferi Roi Kahat Türkiyə toplanışı ilə bağlı təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb.
Sportfm.az xəbər verir ki, israilli futbolçu "gənclik şəhəri" təmsilçisinə transferindən də danışıb:
"Yaxşı komandamız var. Oyunçular olaraq hər birimizin oyun tərzini tanımağa başlayırıq. Mövsümün startında ən yaxşı formada olmaq üçün məşqlərdə çox çalışırıq. Bu klubdan mənə təklif gələndə liqa və ölkə haqqında məlumat axtarmağa başladım. Bir vaxtlar "Sumqayıt"da oynayan dostumdan klub haqqında soruşdum. Həm ondan, həm də hazırda və əvvəllər burada oynamış digər israilli futbolçulardan çox yaxşı şeylər eşitdim.
Komandanın səviyyəsi çox yaxşıdır. Əksər oyunçular ingiliscə danışa bilir, ona görə də ünsiyyət və uyğunlaşmada bir problem yoxdur. Klubdakı hər kəs çox mehriban və qonaqpərvərdir. Ümid edirəm ki, evdə və səfərdə - hər oyunda azarkeşlərimizin bizi dəstəklədiklərini görəcəyəm. Biz də daim onları sevindirməyə çalışacağıq".

Oxşar xəbərlər

"Qəbələ" israilli futbolçu ilə yollarını ayırdı - RƏSMİ
Daha bir israilli futbolçu Türkiyədə hədəfdədir - OLAY
Pakistanlı futbolçu Azərbaycandan danışdı
“Ümid edirəm ki, burada adaptasiyam rahat və tez keçəcək" - Tovuza gələn panamalı
İsrailli futbolçu "Sumqayıt"dan ayrılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər