Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İslam Oyunlarında iştirak edəcək ağır atletlərimizin adları məlumdur
12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək ağır atletika üzrə yığma komandamızın heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, yarışa 8 qadın və 8 kişi atletimiz qatılacaq. Ağır atletika üzrə yarışlar 13-17 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.
Heyətdə yer alan atletlərin adları ilə aşağıda tanış ola bilərsiniz:
Qadınlar: Məhərrəmova Mərziyyə (48 kq), Əzimova Səbinə, Əlizadə Gülçin (hər ikisi 53 kq), İbrahimova Firuzə (58 kq), Abbasova Elnurə (63 kq), İbrahimli Anastasiya, Hüseynzadə Fidan (hər ikisi 69 kq), Məmmədova Xumar (+90 kq).
Kişilər: Alıyev Elmar (56 kq), Abışov Allahyar (62 kq), Bayramov Əfqan (77 kq), Tağızadə Ceyhun, İsmayılov Kamran (hər ikisi 85 kq), Fətullayev Rövşən, Nəbiyev Nailxan (hər ikisi 94 kq), Məmmədli Azər (+105 kq).
Oxşar xəbərlər
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Ağır atletika üzrə Azərbaycan çempionatına start verildi
Ağır atletlərimiz bu dəfə Albaniyada çıxış edəcək
Yığmamız gənclər arasında dünya çempionatına yollanır
Abışov birincidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası