reklam
“Dinamo”nun sabiq futbolçusu “Araz-Naxçıvan”da -
Sportfm.az xəbər saytı

“Dinamo”nun sabiq futbolçusu “Araz-Naxçıvan”da -TRANSFER


Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Sportfm.az xəbər verir ki, Mohammed Kadiri ilə 1 illik müqavilə imzalanıb.

Bir neçə gündür komandanın düşərgəsində olan qanalı dayaq yarımmüdafiəçisi karyerasına “Aşanti Qold” klubunda başlayıb. Daha sonra vətənindən Avstriyanın eyniadlı komandasına transfer olunan 27 yaşlı futbolçu Rusiyanın “Arsenal Tula” komandasında da çıxış edib. Onu daha çox məşhurlaşdıran isə Kiyev “Dinamo”sundakı oyunları olub. O, Ukraynada “Çernomorets”in heyətində də yer alıb. Yarımmüdafiəçi Macarıstanın “Honved” klubunun da formasını geyinib.

Xatırladaq ki, "Araz-Naxçıvan" buna qədər Vanderson Kavalkante Melo, Nuno Miguel Rodriguesi, Semir Bukviç, Turan Manafov ("Səbail"dən icarəyə götürülüb), Nihat Qurbanlı ("Səbail"dən icarəyə götürülüb), Nicat Süleymanov ("Kəpəz"dən icarəyə götürülüb), Elçin Mustafayev ("Şamaxı"dan icarəyə götürülüb), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Numan Kurdiç və Zamiq Əliyevi də heyətinə cəlb edib.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” 13 futbolçu ilə yollarını ayırdı
Fransa millisinin keçmiş üzvü "Araz-Naxçıvan"da - Transfer
Moldova millisinin üzvü "Araz-Naxçıvan"da - Transfer
"Araz-Naxçıvan"da legioner futbolçu - TRANSFER
Bölgə komandasında 11 yeni müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər