reklam
İran millisinin keçmiş baş məşqçisi “Sabah”ı çalışdıracaq
Sportfm.az xəbər saytı

İran millisinin keçmiş baş məşqçisi “Sabah”ı çalışdıracaq


Basketbol üzrə Azərbaycan liqasının qalibi “Sabah”da baş məşqçi dəyişikliyi olub.
Sportfm.az xəbər verir ki, makedoniyalı Boban Mitev bu posta gətirilib.

50 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Elşən Yusubovu əvəzləyib.

“Monako” (Fransa), “Partizan” (Serbiya), “Alba Berlin” (Almaniya) klublarında köməkçi məşqçi kimi çalışmış 50 yaşlı Boban Mitev 2011-2013-cü illərdə İran millisinə rəhbərlik edib. O, son olaraq Şimali Makedoniyanın “Angeli” komandasının baş məşqçisi olub.

Oxşar xəbərlər

“Sabah”da yeni baş məşqçi - TƏYİNAT
“Sabah” baş məşqçisini göndərdi
Millidə yeni baş məşqçi
Millimizin üzvü üçün gənc baş məşqçi
"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər