Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verildi
Bu gün ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verilib.
Sportfm.az xəbər verir ki, turun birinci mərhələsi Dövlət Bayrağı Meydanında başlayıb. Buradan velosipedçilər Sumqayıtadək 150 kilometr məsafəni qət edəcəklər.
Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.
İştirakçılar ikinci mərhələdə Bakı-İsmayıllı (187 km), üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə 836 kilometr məsafə qət edəcəklər.
Əvvəlki illərdən fərqli olaraq, bu il turun 4-cü mərhələsinə Ağsu dolayları əlavə edilib.
Oxşar xəbərlər
"Tour d’Azerbaidjan-2017" başa çatdı
Avstriyalı qalib oldu
"Tour d’Azerbaidjan-2017"nin 2-ci günündə "Synergy Baku" üçün 3 fəxri kürsü
"Tour d’Azerbaidjan-2017" - İlk günün qalibləri - FOTO
Sahib Ələkbərov :"Bu yarışa olan marağı daha da artırıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası