reklam
Ronaldodan tarixi nailiyyət
Sportfm.az xəbər saytı

Ronaldodan tarixi nailiyyət


Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Real" - "Atletiko" oyunu (3:0) Kriştianu Ronaldo üçün bir sıra maraqlı məqamlarla yadda qalıb.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, "Kral klubu"nun hücumçusu Madrid təmsilçisinin heyətində 400-cü qolu vurub.

2009-cu ildə "Real"a keçən futbolçu "Atletiko" ilə görüşdə het-trik etməklə buna nail olub. O, klub tarixinin ən məhsuldar futbolçusudur.
 
Ronaldo Çempionlar Liqasında 7-ci het-trikinə imza atıb. Bununla da portuqaliyalı Lionel Messiyə çatıb.
 
Portuqaliyalı Çempionlar Liqasının pley-offunda ardıcıl iki oyunda het-trikə imza atan ilk futbolçu kimi tarixə düşüb. O, tarixi nailiyyətini öncə "Bavariya", ardınca "Atletiko"ya 3 qol vurmaqla gerçəkləşdirib.
 
Ronaldo Çempionlar Liqasının yarımfinalında qollarının sayını 13-ə çatdırıb. Bununla da portuqaliyalı Alfredo di Stefanonun (11) rekordunu qırıb.

Oxşar xəbərlər

41 yaşında Çempionlar Liqasında meydana çıxdı
Ronaldonun azarkeşlərdən bir istəyi var
Ronaldo yenə ən yaxşı futbolçu seçildi
Ronaldo Messiyə çatdı
Çempionlar Liqasında yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər