reklam
“Sabah” və “Neftçi”nin potensial rəqibləri müəyyənləşəcək
Sportfm.az xəbər saytı

“Sabah” və “Neftçi”nin potensial rəqibləri müəyyənləşəcək


Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək və saat 16:00-da başlayacaq mərasimdə Azərbaycan təmsilçiləri “Sabah” və “Neftçi”nin də potensial rəqibləri müəyyənləşəcək.

“Sabah” püşkatmaya səpələnmişlər, “Neftçi” isə səpələnməmişlər səbətindən qoşulacaq.

Ümumilikdə püşkatmada turnirin Əsas Yolunda 17 cütlük formalaşacaq.

“Ayntraxt” (Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə), “Fiorentina” (İtaliya) və “Osasuna” (İspaniya) mübarizəyə birbaşa pley-offdan başlayacaqlar. Onlardan “Osasuna” “Sabah”ın, digərləri isə “Neftçi”nin potensial rəqibləridir.

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin iki cütünün məğlubu da Konfrans Liqasının Əsas Yolunda mübarizəni davam etdirəcək. Onlar da “Neftçi” – “Beşiktaş” duelinin qalibi ilə üz-üzə gələ bilərlər.

Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər. Həmçinin, səpələnmişlərdə qərarlaşan “Budo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü “Neftçi”nin potensial rəqibləri sırasında olmayacaq.

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah” Serbiya “Partizan”ı, “Neftçi” isə Türkiyə “Beşiktaş”ı ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası, pley-off mərhələsi

Səpələnmişlər:
“Ayntraxt” (Almaniya)
“Lill” (Fransa)
“Aston Villa” (İngiltərə)
“Fiorentina” (İtaliya)
“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) cütü
“Alkmaar” (Niderland) – “Santa Koloma” (Andorra) cütü
“Gent” (Belçika) – “Poqon” (Polşa) cütü
“Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütü
“Fənərbaxça” (Türkiyə) – “Maribor” (Sloveniya) cütü
“Midtyulland” (Danimarka) – “Omoniya” (Kipr) cütü
“Partizan” (Serbiya) – “Sabah” (Azərbaycan) cütü
PAOK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) cütü
“Makkabi” (Təl-Əviv, İsrail) – AEK (Kipr) cütü
“Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü
“Bodo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü
Avropa Liqasında “Slaviya” (Çexiya) – “Dnepr-1” (Ukrayna) cütünün məğlubu
Avropa Liqasında “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu

Səpələnməmişlər:
“Osasuna” (İspaniya)
“Lex” (Polşa) – “Spartak” (Slovakiya) cütü
“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü
“Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan) cütü
APOEL (Kipr) – “Dila” (Gürcüstan) cütü
“Beşiktaş” (Türkiyə) – “Neftçi” (Azərbaycan) cütü
“Tvente” (Niderland) – “Riqa” (Latviya) cütü
“Riyeka” (Xorvatiya) – “Torshavn” (Farer adaları) cütü
“Aruka” (Portuqaliya) – “Brann” (Norveç) cütü
“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü
“Legiya” (Polşa) – “Austriya” (Avstriya) cütü
“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü
“Osiyek” (Xorvatiya) – “Adana Dəmirspor” (Türkiyə) cütü
“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) cütü
“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) cütü
“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) cütü
“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütü

Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.

Oxşar xəbərlər

Konfrans Liqasının pley-offçuları müəyyənləşdi
3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu - Konfrans Liqası
"Sabah" və "Neftçi"nin pley-off mərhələsindəki potensial rəqibləri bilindi
3-cü təsnifat mərhələsinin bütün cütləri - Konfrans Liqası
“Qalatasaray”ın potensial rəqibləri - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər