reklam
Yığmamızın rəqibləri bilindi -
Sportfm.az xəbər saytı

Yığmamızın rəqibləri bilindi -Dünya çempionatı


Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində üz-üzə gələcəyi rəqiblər bilinib.
Sportfm.az xəbər verir ki, Almaniyanın Münhen şəhərində baş tutan püşkün nəticəsinə əsasən, milli komanda A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq.

Qrup oyunları dairəvi sistemlə keçiriləcək. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi 2025-ci ilin yayında baş tutacaq ilkin təsnifat mərhələsinin ikinci raunduna yüksələcək.

Təsnifat mərhələsində qrupun ilk oyunları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcək.

Oxşar xəbərlər

Yığmamızın Avro-2025-in seçmə mərhələsindəki rəqibləri - SİYAHI
Yığmamız gerilədi - Dünya reytinqi
Millilərimizin rəqibləri açıqlandı - Avropa çempionatı
Azərbaycan klubları avrokuboklarda mübarizəyə nə vaxt başlayacaq? - TƏQVİM
Millimizin rəqibləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər