reklam
“Neftçi”dən bu qədər -
Sportfm.az xəbər saytı

“Neftçi”dən bu qədər -Mübarizəni dayandırdı


“Neftçi” bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununu keçirib.

Sportfm.az xəbər verir ki, “ağ-qaralar” Türkiyədə “Beşiktaş”ın qonağı olub.

Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “Neftçi”nin İstanbulda bunun əvəzini çıxa bilməyib. Baxmayaraq ki, səfər matçında hesabı məhz Azərbaycan təmsilçisi açıb və ilk yarını üstün tamamlayıb. Amma fasilədən sonra iki qol vuran “Beşiktaş” əzmkar qələbə qazanıb və mərhələ adlayıb. “Neftçi” isə avrokuboklarda mübarizəni dayandırıb.

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu

17 avqust


Beşiktaş – Neftçi 2:1
Qollar: Vensan Abubakar, 57. Cekson Muleka, 71 – Emin Mahmudov, 36.
Baş hakim: Yulian Veynberger (Avstriya)
“Beşiktaş” stadionu, İstanbul
İlk oyun – 3:1

Oxşar xəbərlər

"Beşiktaş" - "Neftçi" matçının başlama saatı dəyişdirildi - Konfrans Liqası
"Neftçi" "Beşiktaş"a uduzdu - Konfrans Liqası
"Neftçi" "Beşiktaş"la üz-üzə - YENİLƏNİR
UEFA-dan şok qərar - Bakıda 3 oyun Konfrans Liqası
"Neftçi" növbəti mərhələdə - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər