Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Daha 2 boksçumuz yarımfinalda
Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalında boks yarışlarında üçüncü günün döyüşləri başa çatıb.
Sportfm.az xəbər verir ki, Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr edilən turnirdə Azərbaycan millisi daha 2 medalı təmin edib.
Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Marjona Savriyeva 1/4 final döyüşünü qələbə ilə başa vurub. 50 kq çəkidə rinqə çıxan milli üzvü rusiyalı Eleonora Çaşinanı 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Zeynəb Rəhimova (54 kq) da adını yarımfinala yazdırıb. Boksçumuz Nadejda Yermilova (Rusiya) ilə görüşün ilk 2 raundunu xeyrinə bitirib. Rəqib üçüncü hissədə zədələndiyi üçün Zeynəb tam üstünlüklə qələbə qazanıb.
Hər 2 idmançı yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər. Onlardan öncə Nicat Hüseynov (54 kq) və Şəmsi Şahbazov (71 kq) da festivalda 1/2 finala yüksəlib.
Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan 10 boksçu ilə təmsil olunur.

Oxşar xəbərlər
5 boksçumuz yarımfinalda - Avropa çempionatı
Boksçumuz yarımfinalda - Avropa çempionatı
Azərbaycan taekvondoçuları beynəlxalq yarışda iştirak edəcəklər
Boksçularımız finalda - 3-ü bürünc medal qazandı
Ölkəmiz beynəlxalq yarışda 10 boksçu ilə təmsil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi

Misli Premyer Liqası