reklam
“Qarabağ” – “Olimpiya” matçına biletlər 5 manatdan başlayır -
Sportfm.az xəbər saytı

“Qarabağ” – “Olimpiya” matçına biletlər 5 manatdan başlayır -Avropa Liqası


Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiya” (Sloveniya) oyununun biletləri avqustun 23-ü saat 11:00-dan iticket.az-da satışa çıxarılacaq.
Sportfm.az xəbər verir ki, avqustun 31-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Biletləri Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopundan, eləcə də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkün olacaq.

Oxşar xəbərlər

“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır
"Qarabağ" - "Bayer" matçının biletləri satışda
“Qarabağ” - "Braqa” oyununun biletləri satışda
"Qarabağ" - "Bayer" matçının biletləri satışda
"Qarabağ" - "Molde" oyununun biletləri satışa çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər