reklam
Dünya kubokunun mükafatçıları müəyyənləşdi
Sportfm.az xəbər saytı

Dünya kubokunun mükafatçıları müəyyənləşdi


Bakıda keçirilən şahmat üzrə dünya kubokunun mükafatçıları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu gün baş tutan həlledici görüşlərin ardından medalçılar məlum olub.
Norveçli Maqnus Karlsen karyerasında ilk dəfə bu titula sahib çıxıb. Beşqat dünya çempionu finalda hindistanlı Rameşbabu Praqqnanandha üzərində qələbə qazanıb. Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçəyə nail olaraq, qızıl medala yiyələnib.
3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə dünya kubokunda 4-cü yeri tutub.

Oxşar xəbərlər

Dünya Kubokunun qalibi tay-brekdə bilinəcək
Nicat Abasov Maqnus Karlsenə məğlub oldu
Şahmatçımız yarımfinalda - Dünya Kuboku
Nicat Abasov 1/8 finalda - Dünya kuboku
Köhnə-təzə çempion

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər