reklam
Millimızin dünya çempionatındakı oyunlarının təqvimi
Sportfm.az xəbər saytı

Millimızin dünya çempionatındakı oyunlarının təqvimi


Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, yığma G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.

Komandamız ilk oyununu oktyabrın 27-də İraqa qarşı keçirəcək. Milli bundan iki gün sonra Misirlə, oktyabrın 31-də isə Tunislə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

Bununla bağlı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tviter səhifəsində paylaşım edib. Federasiya rəhbəri son Avropa çempionuna mundialda uğurlar arzulayıb.

Qeyd edək ki, dünya çempionatına noyabrın 4-də final matçı ilə yekun vurulacaq.

Oxşar xəbərlər

Minifutbol yığmamız dünya çempionatına qələbə ilə başladı
Millimizin dünya çempionatı üçün heyəti - SİYAHI
Minifutbol yığmamız Türkiyə ilə qarşılaşacaq - Yoxlama görüşü
Yığmamızın oyunlarının təqvimi açıqlandı - Dünya Qadın Seriyası
Mini-futbolçularımızın rəqibləri bilindi - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər