Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" - "Olimpiya" oyunu ikinci oldu -Azarkeş sayına görə
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
Sportfm.az xəbər verir ki, "Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sı ilə heç-heçə (1:1) etdiyi qarşılaşma bu göstəricidə ikincidir.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 27 354 tərəfdar olub.
Ən çox tamaşaçı isə "Ayaks" (Niderland) - “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda gerçəkləşən dueldə 50 900 nəfər tribunada əyləşib.
Qeyd edək ki, səfərdə "Olimpiya"nı iki cavabsız qolla üstələyən "Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda H qrupunda Almaniyanın "Bayer 04", Norveçin "Molde" və İsveçin "Hakken" klubları ilə mübarizə aparacaq.

Oxşar xəbərlər
"Bayer" - "Qarabağ" matçı 6-cı sırada - Azarkeşlərin sayına görə
“Qarabağ” 14-cüdür - Azarkeş sayına görə
“Qarabağ” – “Molde” matçı 8-ci oldu
"Qarabağ"ın rəqibləri müəyyənləşdi - Avropa Liqası
"Qarabağ" "Olimpiya"ya qarşı - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası