Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"də yeni futbolçu -TRANSFER
"Qəbələ" heyətinə yeni futbolçu qatıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Qırımızı-qaralar" son klubu “Adanaspor” olan Samuel Tettehi transfer ediblər. 27 yaşlı qanalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib. Tetteh karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Lieferinq” (2016-2017), “Red Bull” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarında oynayıb.
Qananın U-20 yığmasında da çıxış etmiş hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.
Xatırladaq ki, "Qəbələ" bu yay Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov, Osama Xalayla, Rauf Hüseynli, Bilel Auaşeriya və Rəşad Əzizlini də transfer edib.

Oxşar xəbərlər
"Qəbələ"dən daha bir transfer - 1 illik müqavilə
"Qəbələ"dən ilk transfer - RƏSMİ
"Qəbələ" braziliyalı müdafiəçi aldı - 1+1 illik müqavilə
"Qəbələ"də albaniyalı müdafiəçi - RƏSMİ
Daniel Subotiç yenidən "Qəbələ"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası