Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"İordaniya yaxşı komandadır" -De Byazi
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb:
Sportfm.az xəbər verir ki, 67 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında matça hazır olduqlarını bildirib:
“Böyük oyundan sonra bütün diqqət sabahkı matça yönələcək. Belçika ilə görüşü yaxşı keçirmişdik. Çıxışlarını izləmişəm. Maraqlı mübarizə olacaq. İordaniya isə kağız üzərində böyük səslənməsə də, yaxşı komandadır”.
Belçika ilə matçı bir daha xatırlayan çalışdırıcı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, komandasının həmin görüşdəki performasından razılıq bildirib: “Belçikaya uduzmağımızın səbəbi qarşımızda çox güclü rəqibin olması idi. Əllərinə düşən bir şansdan da yararlandılar. Buna baxmayaraq, komandamın çıxışından razı qaldım. Kollektiv şəkildə yaxşı oynadıq. Oktyabrdakı rəsmi görüşlər öncəsi sabah axşam bizi vacib test gözləyir. Gələn ay kimlərin heyətdə yer alıb-almayacağı da sabahkı qarşılaşmadan asılı ola bilər”.
O, rəqib qismində İordaniyanı seçmə səbəbini də açıqlayıb: “İordaniya çox yaxşı komandadır. FİFA reytinqində bizdən 40 pillə irəlidədirlər. Serbiya ilə oyunda öndə olsalar da, son anda məğlub oldular. Variantımız bu komanda idi, biz də seçdik”.
Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək Azərbaycan – İordaniya oyunu saat 20:00-da start götürəcək.

Oxşar xəbərlər
"Sabahkı oyun çox çətin olacaq" - De Byazi
Azərbaycan yığması İordaniyaya qarşı - Yoldaşlıq oyunu
“Oyuna ciddi hazırlaşmışıq" - Emin Mahmudov
Azərbaycan – İordaniya matçının başlama saatı bilindi
Azərbaycan millisi İordaniya ilə yoldaşlıq oyunu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı

Misli Premyer Liqası