reklam
AVRO-2024-ün biletlərinin qiyməti açıqlandı
Sportfm.az xəbər saytı

AVRO-2024-ün biletlərinin qiyməti açıqlandı


UEFA "Avro-2024" üçün biletləri satışa çıxarmağa hazırlaşır.
Sportfm.az xəbər verir ki, bu haqda qurumun yaydığı açıqlamada bildirilib.

Bu ilin oktyabr ayından başlayaraq çempionatın rəsmi saytı vasitəsi ilə bilet üçün sifariş vermək mümkün olacaq. UEFA bildirib ki, biletər yalnız euro2024.com/tickets bölümündən onlayn formada sifariş edilə bilər. Final mərhələsinə 2,7 milyon bilet satışa çıxarlılacaq. Qrup matçları üçün bir biletin qiyməti 30 avrodan başlayır. 1 milyondan artıq biletin qiyməti 60 avrodan ucuzdur.

3-26 oktyabr tarixində 1,2 milyon biletin satışa çıxarılacağı bildirilib. Daha 1,5 milyon bilet isə dekabrın başlayaraq satışda olacaq. Bu biletlər Avro-2024-ün iştirakçı komandalarının azarkeşləri üçün nəzərdə tutulub.

Ümumilikdə biletlərin qiyməti sektorlarından asılı olaraq aşağıdakı kimi olacaq

- qrup oyunları üçün - 30, 60, 150, 200 avro

- açılış oyunu üçün - 50, 195, 400, 600 avro

- 1/8 final mərhələsi üçün - 50, 85, 175, 250 avro

- 1/4 final mərhələsi üçün - 60, 100, 200, 300 avro

- 1/2 final mərhələsi üçün - 80, 195, 400, 600 avro

- Final üçün - 95, 300, 600, 1000 avro

Oxşar xəbərlər

UEFA klublar üçün 240 milyon ayırdı - Avro-2024
ÇL-in biletləri satışa çıxarıldı
AÇ-2020-nin ən ucuz biletləri Bakıda - UEFA açıqladı
Final üçün biletlər satışa çıxarıldı
Matça 70 gün var, biletləri satılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər