reklam
4 güləşçimiz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

4 güləşçimiz mübarizəyə başlayır -Dünya çempionatı


Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində Cənubi Koreyadan olan Hyeonsik Sonqla üz-üzə gələcək.

Maqomed-Başir Xaniyev (70 kq) da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, qazaxıstanlı olan Sanjar Dojanovla qarşılaşacaq.

Abubakr Abakarov (86 kq) 1/16 finalda kanadalı Aleksandr Murla güləşəcək.

Ən ağır çəkili güləşçimiz Georgi Meşvildişvili (125 kq) isə 1/16 finalda bolqarıstanlı İslam Adizovla üz-üzə gələcək.

Oxşar xəbərlər

5 güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Daha 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Daha üç güləşçimiz mübarizəyə qoşulur - Dünya çempionatı
Daha 2 qadın güləşçisi mübarizəyə başlayır - Dünya çempionatı
Hacı Əliyev mübarizəyə başlayır - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər