reklam
Cüdoçularınız açıq Avropa turnirini 3 medalla başa vurdu
Sportfm.az xəbər saytı

Cüdoçularınız açıq Avropa turnirini 3 medalla başa vurdu


Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirinin ikinci günündə bir medal qazanıblar.
Sportfm.az xəbər verir ki, millinin 7 üzvü yarışa qoşulsa da, onlardan yalnız Ruslan Nəsirli fəxri kürsüyə çıxa bilib.

O, 100 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib. Bununla da Azərbaycan millisi açıq Avropa turnirini 3 medalla tamamlayıblar.

Qeyd edək ki, cüdoçularımız yarışın ilk günündə 1 qızıl, 1 gümüş medal əldə ediblər. Nəriman Mirzəyev (73 kq) çempion olubsa, İslam Rəhimov (66 kq) ikinci yeri tutub.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurdu
Belçikadan 4 medalla - Açıq cüdo turniri
Cüdoçularımız Avropa kubokunu 4 medalla başa vurdu
Cüdoçularımız “Böyük Dəbilqə”ni 2 medalla başa vurdu
Minsk cüdoçularımız düşərli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər